AUT.AZ

Qəbələdəki insidentin iştirakçısı danışdı: İşin içində ailə olmasaydı…

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” görüşünün (0:1) final fitindən sonra yaşanan hadisələr haqqında məlumat vermişdik. Qonaqların futbolçusu Vüsal İsgəndərli ilə gəncəli azarkeşlər arasında insident yaşanmışdı.

Oyundan sonra “kimyaçılar”ın futbolçusu hadisənin təfərrüatları barədə Aut.az-a danışıb. O, səhvini etiraf edib:

“Azarkeşlərlə həmişə yola getmişəm. Gəncədə məni alqışlayan azarkeşlər var idi. Vəziyyət psixloji baxımdan başqa cür olsaydı, bəlkə də fikir verməzdim. Hamımızın üzərində gərginlik çox idi. Elə mənim də. Qol epizodu qaçırmışdım. Belə hallar olur. Özümün şəxsinə sözlər olsa, reaksiya vermərəm. İşin içində ailəyə qarşı nəsə olanda dayana bilmirsən. Səhvdi, mənim səhvimdi”.

Vüsal İsgəndərli yaşanan hadisəyə görə üzr də istəyib:

“Mən özüm oyundan sonra “Kəpəz”in mühafizə xidmətinin rəhbəri Elmar Əliyevə yaxınlaşıb üzürxahlıq elədim. “Kəpəz” böyük komandadır, böyük ailədir, böyük camiədir. Hörmət ediləsi bir klubdur. Səhvim varsa, bütün azarkeşlərdən, “Kəpəz” klubundan üzr istəyirəm”.

Aut.az

Exit mobile version