AUT.AZ

Qəbələdə insident: rəis azarkeşlərlə “atışdı” – Video  

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” oyununda insident yaşanıb.

Aut.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən ilk yarının sonunda nominal meydan sahiblərinin azarkeşləri ilə qonaqların mühafizə xidmətinin rəisi Elnur İbişov arasında söz atışması səbəb olub.

Ancaq məsələnin böyüməsinə imkan verilməyib. İbişovun “Kəpəz”dəki həmkarı Elmar Əliyev xoşagəlməz hadisənin yaşanmasına imkan verməyib. Qısa zamanda tərəfləri sakitləşdirmək mümkün olub.

Aut.az

 

Exit mobile version