AUT.AZ

Nəsirli və Həsənzadə oynadı?

Latviya çempionatında 9-cu tura start verilib.

Aut.az xəbər verir ki, azərbaycanlı futbolçular Nazim Həsənzadə və Ramin Nəsirlinin çıxış etdiyi “Dauqavpils” “Auda”nı qəbul edib.

Bu görüşdə azərbaycanlı futbolçuların komandası 0:2 uduzub.

Nəsirli meydana start heyətində çıxıb və sona qədər oynayıb. Həsənzadə isə 72-ci dəqiqədə meydana daxil olub.

Hazırda 5 xalla “Dauqavpils” 10-cu pillədə qərarlaşıb.

Exit mobile version