AUT.AZ

İlham Zəkiyevin məşqçisi azarkeşlərlə “atışdı” – FOTO

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” oyununda daha bir insident yaşanıb.
Aut.az xəbər verir ki, hadisə Qəbələdə baş tutan oyunun ikinci hissəsində baş verib. 64-cü dəqiqədə hesabı açan Vüsal İsgəndərlinin qol sevinci gəncəli fanatların xoşuna gəlməyib və ona etiraz etməyə başlayıblar.
Bundan sonra “Sumqayıt”a ayrılan qonaq tribunadan “Kəpəz”in azarkeşlərinə etiraz başlanılıb. VİP lojada olan şəxslərdən biri onlardan sakit olmalarını və söyüş söyməmələrini istəyib. Nəticədə tərəflər arasında söz davası yaşanıb. Bu, bir neçə dəqiqə davam edib. Kiçik araşdırmalardan sonra məlum olub ki, həmin şəxs tanınmış paracüdoçu İlham Zəkiyevin şəxsi məşqçisi Azad Zahidov olub.

Aut.az

Exit mobile version