AUT.AZ

Fatih Terim Bakıya gələcək

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim Bakıya gələcək.

Aut.az xəbər verir ki, o iyunun 17-də Bakı Konqres Mərkəzində sevənləri ilə görüşəcək.

Terim 2000-ci ildə “Qalatasaray”la UEFA Kubokunu qazanıb. O, 1996-2000, 2002-2004, 2011-2013 və 2017-2022-ci illərdə “cim-bom”u çalışdırıb.

Mütəxəssis 1993-1996, 2005-2006, 2006-2009 və 2013-2017-ci illərdə Türkiyə yığmasına başçılıq edib.

Exit mobile version