AUT.AZ

Faktları ortaya qoydu, “qiyməti özünüz verin” dedi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatın səviyyəsini yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, Tebas fikrini əsaslandırmaq üçün  komandaların avrokuboklarda uğurlu çıxışına işarə edib.

“İspaniya çempionatının səviyyəsini təkcə cari mövsümdə deyil, son illərdə də izləmək olar. Son 10 il ərzində İspaniya klubları Avropa çempionlarının təxminən 60%-ni qazanıblar və ötən mövsüm Çempionlar Liqasında iki yarımfinalçımız var idi”.

Tebas əlavə edib ki, “Qızıl top”un qalibi Kərim Benzema, həmçinin ən yaxşı gənc oyunçu Qavi də İspaniyada çıxış edir.

“Bilmirəm, səviyyəni özünüz qiymətləndirin”, – Tebas deyib.

Qeyd edək ki, “Real” bu mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Aut.az

 

Exit mobile version