AUT.AZ

Etiraz etdi: Diqqətsiz, qorxaq, səhv və…

Dortmund “Borussiya”nın direktoru Sebastyan Kehl Bundesliqada “Bohum”la oyunun (1:1) hakimliyindən narazı qalıb.

“Biz son həftələrin nəticələri ilə bağlı özümüzü tənqid edirik və heç vaxt səhvlərin səbəblərini başqa yerdə axtarmamışıq. Amma deməliyəm ki, bu dəfə matçın nəticəsini hakim müəyyən etdi”, – deyə Sebastyan Kehl bildirib.

Onun iddiasına görə, “Bohum”un qolu ilə bitən hücumun əvvəlində Əmrə Cana qarşı kobudluq edilmişdi.

 “Onu itələdilər. Əmrənin yıxılması qayda pozuntusudur. Və bu epizod qolla başa çatdı”, – Kehl deyib.

Sebastyan “Bohum”un cərimə meydançasında Kərim Adeyeminin yıxılmasından sonra təyin olunmayan penaltidən də danışıb.

“Bundesliqada mövcud olan vəsaitlərdən (VAR-ı nəzərdə tutur) edilməməsi, sadəcə bir zarafatdır. Hakim hətta təkrara belə baxmadı. O, haqlı olduğuna 100% əmindirmi? Burada suallar var? Diqqətsiz, qorxaq, səhv və utancvericidir. Hakim oyunun nəticəsini müəyyənləşdirdi və bu, bizə iki xala başa gəldi”, – Kehl deyib.

Aut.az

Exit mobile version