AUT.AZ

Depressiv vəziyyətdədir, çox əsəbidir, yaxınlarına deyib ki…

Meyson Qrinvud yaxın ətrafına bildirib ki, “Mançester Yunayted”dəki karyerası başa çatıb.

“Meyson “Mançester Yunayted”dəki karyerasının bitdiyinə inanır. Evində depressiv vəziyyətdədir, çox əsəbidir.

Futbola qayıtmaq istəyir, amma vəziyyətinin çox ağır olduğunu anlayır. Baş verən hər şeyin günahkarı da özüdür. Qrinvud yenidən futbol oynamağa qərarlıdır, lakin bir daha “Mançester Yunayted” forması geyəcəyini düşünmür”, – mənbə “The Sun”a bildirib.

Xatırladaq ki, Qrinvud 2022-ci ilin yanvarında cinsi təcavüz ittihamı ilə həbs edilmişdi, lakin 2023-cü ilin fevralında prokurorlar ona qarşı bütün ittihamları geri götürmüşdülər.

Klub hücumçunun gələcəyi ilə bağlı qərar verməzdən əvvəl öz araşdırmalarını apardıqlarını açıqlayıb.

Aut.az

Exit mobile version