AUT.AZ

ÇL-in finalından sonra imzalanacaq: 5-6 illik müqavilə və..

“Real” Çempionlar Liqasının mümkün finalından sonra Cud Bellinqemin transferini elan etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. Bildirilir ki, yanvar ayından bəri “Real” futbolçuya yaxın adamlarla on dəfədən çox əlaqə saxlayıb. “Borussiya” bu təmaslardan xəbərdardır. “Real” rəhbərliyi Bellinqemin ətrafına klubun layihəsini təqdim edib və müqavilənin mümkün şərtlərindən danışıb. Üstəlik, Cuda yaxın insanlar Valdebebasdakı “Real” bazasına baş çəkib və Madrid təmsilçiləri ilə nahar ediblər.

Bellinqhemə uzunmüddətli – 5-6 illik müqavilə təklif olunur. O, komandada ən yüksək məvacib alanlardan biri olacaq, Tibo Kurtua və Vinisius Juniordan bir qədər aşağı.

Bellinqem uğrunda mübarizədə “Real”dan başqa yalnız “Mançester Siti” mübarizə aparır. Onunla təkcə klub nümayəndələri deyil, həm də Pep Qvardiola danışıb. Amma o da bildirilir ki, “Borussiya” rəhbərliyi İspaniya klubu ilə danışıqlara daha çox dəstək verir.

Aut.az

Exit mobile version