AUT.AZ

Bu kluba keçəcək, əgər…

“Milan”ının isveçli hücumçusu Zlatan İbrahimoviç “Montsa”ya gedə bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Mənbənin sözlərinə görə, İbrahimoviç “Milan”la müqaviləni daha bir mövsüm uzatmaq istəyir, lakin “rossoneri” rəhbərliyi isveçlinin komandadakı gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Əgər “Milan” İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlsə, o zaman “Montsa” variantı aktuallaşacaq.

41 yaşlı İbrahimoviç ciddi zədəsini uzun müddət sağaltdığı üçün bu mövsüm “Milan”ın heyətində cəmi 4 oyun keçirib və 1 qol vurub. İsveçli hücumçu 2020-ci ilin qışında Milan klubuna qayıdıb və ötən mövsüm “rossonerilər”in İtaliya çempionluğunu qazanmasına kömək edib.

Aut.az

Exit mobile version