AUT.AZ

“Bavariya”nın ofisində axtarış – Rusiyalı milyarderə görə

Çərşənbə axşamı, aprelin 25-də alman polisi rusiyalı milyarder Əlişir Usmanovun çirkli pullarının yuyulması işi ilə bağlı “Bavariya”nın ofisində axtarış aparıb.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunur ki, “Allianz Arena” stadionunda da istintaq tədbirləri həyata keçirilib. Əlişir Usmanov 2017-2022-ci illər arasında vergidən yayınmaq üçün pul köçürməkdə şübhəli bilinir. Söhbət milyonlarla dollardan gedir.

Usmanovun “Bavariya”nın fəxri prezidenti Uli Hönesslə dostluq əlaqələri var. Almaniya prokurorluğu “Bavariya” və klub üzvlərinə qarşı heç bir araşdırma aparmadıqlarını qeyd edib. Axtarışlar zamanı hər hansı sübutun əldə edilib-edilmədiyi məlum deyil.

Aut.az

Exit mobile version