AUT.AZ

Əlişir Usmanov alman müstəntiqləri elə ələ saldı ki…

Rusiyalı milyarder Əlişir Usmanovun mətbuat xidməti iş adamına qarşı çirkli pulların yuyulması ilə bağlı iş üzrə “Bavariya”nın ofisində aparılan axtarışlar barədə məlumatı şərh edib.

“Almaniya çempionluğu uğrunda həlledici matçdan bir neçə gün əvvəl “Bavariya”nın ofisində və “Allianz Arena”da aparılan axtarışlar onu deməyə əsas verir ki, Frankfurt prokurorluğunun nümayəndələri “Bavariya”nın yox, Dortmund “Borussiya”sının azarkeşləridir. Və görünür, müstəntiqlər Əlişir Usmanovun “çirkli pulların yuyulmasını” sübut edə biləcəklərinə inanırlar, çünki o, “Bavariya”nın matçlarında iştirak edir. Çox komik görünür.

Əslində bu, Almaniya prokurorluğunun növbəti həyəcanlı reaksiyasıdır. Bu, bir sıra əvvəlki əsassız tədbirlərə uyğundur. Məsələn, 2022-ci ilin sentyabrında onlarla ağır silahlı əməliyyatçının Tegernseedə boş evlərə basqın etməsini xatırlaya bilərik. Usmanova aid olmayan evlərə. Və ya mərhum dostumun oğlunun qanuna tabe olaraq yaşadığı Hessendəki kiçik bir mənzildə səhər tezdən qəfil axtarış. Yaxud plastik suvenirlər olduğu üzə çıxan “Faberge yumurtalarının” məşhur “müsadirəsi”. Olmayan cinayətlərin axtarışında əsassız canfəşanlıq, təbii ki, müstəntiqləri belə biabırçı vəziyyətə salır”.

Aut.az

Exit mobile version