AUT.AZ

Zidanla danışıqlar başladı

“Real” və Zinəddin Zidan baş məşqçi postuna mümkün təyinatla bağlı danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Real”ın hazırkı baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda Braziliya yığmasına gedə bilər. Klub rəhbərliyi bu ehtimalı nəzərə alıb plan qurur.

“Kral klubu”nda  Zidanı italyan mütəxəssis üçün ideal əvəzləyici kimi görürlər.

Zidan artıq 2016-2018 və 2019-2021-ci illərdə “Real”i çalışdırıb. Daha əvvəl mətbuatda 50 yaşlı fransalının “Yuventus”da işləmək istədiyi barədə məlumat yayılmışdı.

Aut.az

 

Exit mobile version