AUT.AZ

“Yunayted”in əsas komandası ilə məşqə çıxan 15 yaşlı İbrahimov kimdir? – FOTO

İngiltərə mətbuatı xəbər verir ki, Dağıstandan olan 15 yaşlı Əmir İbrahimov “Mançester Yunayted”in əsas komandasının “Aston Villa” ilə oyundan əvvəl keçirilən məşqində diqqət çəkib.

Keçən yay, “Mançester Yunayted” akademiyasının 15 yaşlı hücumçusu onu ən azı 17 yaşına qədər bu klubda saxlayacaq müqavilə imzaladı.

Əmir klubun akademiyasında öz yaş qrupunda ən istedadlı oyunçulardan biri hesab olunur. O, 14 yaşadək komandanın kapitanı olub. Bu komanda finalda “Siti”ni məğlub edərək Albert Felan Kubokunu qazanıb.

Əmirin kiçik qardaşı Həzi də “Yunayted”in akademiyasında təhsil alır.

İbrahimov Dağıstanda anadan olub, lakin 11 yaşında olarkən ailəsi ilə birlikdə İngiltərəyə köçüb. “Mançester Yunayted”dən əvvəl o, Şeffild Yunayted akademiyasında təhsil alıb.

Aut.az

Exit mobile version