AUT.AZ

UFC ulduzu dalaşdı, polisə təslim oldu və…

UFC-nin sabiq döyüşçüsü Neyt Dias küçədə dalaşdıqdan sonra polisə təslim olub.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İdmançı Nyu-Orlean Polis Departamentinə müraciət edib və nəzarətə götürülüb. UFC ulduzu daha sonra zaminə buraxılıb.

Aprelin 5-də “MMA Fighting” xəbər vermişdi ki, Nyu-Orlean polisi Diasın həbsinə order verib. İdmançı yoldan keçən şəxsi boğub, sonra yerə yıxıb. Günahı sübuta yetirilsə, onu səkkiz ilədək həbs, iki min dollar cərimə və ya hər iki cəza gözləyir. Dias peşəkar karyerası ərzində 34 döyüş keçirib, onlardan 21-i qələbə ilə başa çatıb. O, 2022-ci ilin noyabrında, 2007-ci ilin fevralından bəri yarışdığı UFC-ni tərk edib.

Aut.az

Exit mobile version