AUT.AZ

UEFA “Barsa” ilə bağlı qərar verdi

“Barselona” növbəti mövsümdə Çempionlar Liqasında iştirak edə biləcək.

Aut.az xəbər verir ki, bu barədə UEFA qərar verib. Qurum Kataloniya təmsilçisini “Neqreyra işi”nə görə qitənin bir nömrəli klub turnirindən kənarlaşdırmalısnı məqsədəuyğun hesab etməyib.

Bununla belə, UEFA bu məsələni diqqətdə saxlamağa davam edəcək. Təşkilat işin yekunlarına əsasən “Barsa” ilə bağlı qərar verəcək.

Xatırladaq ki, “Barselona” idman nəticələrinə təsir etmək üçün İspaniyanın hakimlər komitəsinin keçmiş üzvünə pul köçürməkdə ittiham olunur.

Exit mobile version