AUT.AZ

Trampın ofisində idman dünyasına aid 4 inanılmaz hədiyyə – VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkdakı ofisində idman dünyasına aid olan dörd inanılmaz hədiyyəni nümayiş etdirib.

Aut.az xəbər verir ki, sabiq  ABŞ prezidentinin nümayiş etdirdiyi dörd əşya arasında Superboulun qalibi Tom Bredinin dəbilqəsi və WBC çempionu Mayk Taysonun kəməri də var idi.

Trampın inanılmaz hədiyyələri arasında promouter Vins Makmenə məxsus WWE hədiyyəsi, həmçinin NBA əfsanəsi Şakil O’Nilin idman ayaqqabıları da var.

Tramp deyib: “Burada fərqli şeylər var. Tom Bredinin dəbilqəsi, Mayk Taysonun kəməri… Bunlar Şakil  O’Nilin  ayaqqabılarıdır. O, oyundan sonra onları çıxarıb mənə verdi. Görün ayaqları nə qədər böyükdür!”

Aut.az

Exit mobile version