AUT.AZ

“Siti” “Arsenal”a transfer cavabı hazırlayır

“Mançester Siti” London “Arsenal”ının 25 yaşlı şotlandiyalı müdafiəçisi Kiran Tirnini izləyir.

Aut.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola yay mövsümündə komandanın müdafiəsinin cinahlarını gücləndirmək niyyətindədir. Tirni isə bu mövqeyə namizədlərdən biri hesab olunur.

Tirni 2019-cu ilin avqust ayından “topçular”ın düşərgəsindədir.  İndi şotlandiyalı ukraynalı Aleksandr Zinçenkonun əvəzedicisidir və rəqabətdə ona uduzur. Buna buna görə də “Arsenal” onu 34-35 milyon funt-sterlinqə satmağa hazırdır.

Xatırladaq ki, ötən yay “Mançester Siti”  Zinçenkonu, eləcə də braziliyalı cinah oyunçusu Qabriel Jesusu “Arsenal”a satmışdı.

Aut.az

Exit mobile version