AUT.AZ

Şakil O’Nildən fəlsəfi şərh

Şöhrət Zalının üzvü, dördqat NBA çempionu Şakil O’Nil “Miluoki Baks”dakı çıxışının uğursuz olması ilə razılaşmayan ulduz forvardı Yannis Adetokunbonun sözlərini şərh edib.

Aut.az xəbər verir ki, “Miluoki Baks” müntəzəm mövsümün ən yaxşı komandası idi, lakin pley-offun ilk mərhələsində “Mayami”yə 1-4 hesabı ilə məğlub oldu. Amma Yannis bunun uğursuzluq kimi qələmə verilməsinin əleyhinə çıxdı.

 “Siz bilirsiniz ki, uduzanda özümə qarşı çox sərt idim. Əgər siz liqanın ən yaxşı basketbolçularından birisinizsə, hər kəs qalib gələcəyinizi gözləyirsə və siz bunu bazarmırsınzsa,  mənim fikrimcə, bu uğursuzluqdur. Mən MBA-da 19 mövsüm keçirdim və onlardan 15-də uğursuz oldum”, – O’Nil “Inside the NBA” proqramının efirində deyib.

Aut.az

Exit mobile version