AUT.AZ

“Qarabağ”ın futbolçusunu süni tənəffüs aparatından ayırdılar

“Qarabağ”ın əvəzedici komandasının məşqdə ürəyi dayanan futbolçusu Şirxan Hüseynzadənin vəziyyəti yaxşılığa doğru gedir.

Aut.az xəbər verir ki, 20 yaşlı müdafiəçi komadan çıxıb. Həkimlər onu ürək və ağciyər fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulan ECMO cihazından ayırıblar. Lakin futbolçu hələlik tam oyadılmayıb.

Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Şirxan Hüseynzadənin halı pisləşib. Həmin zamandan o, Bakıdakı klinikaların birində ECMO cihazına qoşulmuşdu, müalicə bu şəkildə davam edirdi.

Aut.az 

Exit mobile version