AUT.AZ

Qanqsterin nəvəsi ilə döyüşə striptiz klubda hazırlaşır – VİDEO

Tanınmış döyüşçü Floyd Meyvezer diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, iyunun 11-də Floridada Cohn Qotti ilə qarşılaşacaq sabiq dünya çempionu vacib görüşə başqa formada hazırlaşır. Meyvezer məşq meydanında deyil, əyləncə mərkəzlərində günlərini keçirir. Onun striptiz klubdan paylaşdığı video isə sosial şəbəkələrdə azarkeşləri tərəfindən tənqid edilir. Fanatları ona döyüşlər öncəsi belə istirahət etməməyi məsləhət görürlər.

46 yaşlı Meyvezer MMA-də 50 döyüş keçirib və hamısında qələbə qazanıb. O, 27 dəfə rəqiblərini nokauta salıb.

Qotti isə 6 döyüşü keçirib və onlardan 5-də qalib gəlib. O, 1992-ci ildə ömürlük həbs cəzasına məhkum edilmiş məşhur qanqster Con Qottinin nəvəsidir.

 

Exit mobile version