AUT.AZ

Qadınlar rekord məbləğdə pul qazandırdı

 “Barselona” Çempionlar Liqasının yarımfinalında “Çelsi” ilə cavab oyununa bilet satışından rekord məbləğdə gəlir əldə edib.

Aut.az xəbər verir ki, bu barədə RAC1-in “Twitter” hesabında məlumat yayılıb. Kataloniya klubunun qazancı 1,2 milyon avro olub.

“Kamp Nou”da keçirilən oyunu 72 262 nəfər izləyib.

Görüş heç-heçə başa çatıb – 1:1. İlk oyunda “Barselona” Londonda “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib. Beləliklə, İspaniya klubu iki matçın nəticəsinə görə finala yüksəlib.

Digər yarımfinalda isə Almaniya “Volfsburq”u ilə İngiltərə “Arsenal” qarşılaşır. Almaniyada keçirilən ilk qarşılaşma heç-heçə başa çatıb – 2:2. Cavab oyunu mayın 1-də Londonda olacaq.

Çempionlar Liqasının finalı iyunun 3-də Eyndhovendə keçiriləcək. “Barselona” 2021-ci ildə Çempionlar Liqasının finalında “Çelsi”ni 4:0 hesabı ilə məğlub edərək qalib olub. Ötən mövsüm Kataloniya komandası finalda Fransa “Lion”una uduzmuşdu (1:3).

Aut.az

Exit mobile version