AUT.AZ

Olimpiya mükafatçısı cinayətkarlar siyahısına salındı

2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı, cüdoçu Dmitri Nosov İndoneziyada cinayətkarlar siyahısına salınıb.

Aut.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb 2022-ci ilin avqustunda 43 yaşlı keçmiş idmançının otel işçisini döyməsi olub.

Münaqişə, otel əməkdaşının Nosovun tələbi ilə pul və sənədlər olan seyfi açmaqdan imtina etməsi səbəbindən yaranıb. Bundan sonra yerli polis rusiyalıya qarşı araşdırmaya başlayıb.

Nosov Afina Olimpiadasında cüdo üzrə 81 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. Onun eyni çəkidə Avropa çempionatında da bürünc medalı var.

Aut.az

Exit mobile version