AUT.AZ

“Neftçi”nin futbolçusu karyerasını bitirir, rəhbərlik isə israr edir ki…

Mövsümün sonunda daha bir futbolçu “Neftçi”ni tərk edə bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, söhbət müdafiəçi Voyslav Stankoviçdən gedir. Serbiyalı müdafiəçi iyunda karyerasını başa vurmağa hazırlaşır. Bu barədə klub rəhbərliyi ilə 35 yaşlı futbolçu arasında söhbət olub.

Ancaq “ağ-qaralar”ın rəhbərliyi fərqli fikirdədir. Stankoviçin daha bir il oynadıqdan sonra karyerasını başa vurmasını istəyirlər. Futbolçu cavab vermək üçün mövsümün sonuna qədər vaxt istəyib. Ailə üzvləri ilə məsləhətləşdikdən sonra qərarını kluba bildirəcək.

“Neftçi”nin Voyslavı komandada saxlama səbəbi onun təcrübəsidir. Yeni mövsüm üçün komandada ciddi islahat aparmağı düşünməyən rəhbərlik Stankoviçin təcrübəsindən və liderlik keyfiyyətindən daha bir mövsüm faydalanmaq istəyir. Qeyd edək ki, Voyslav Stankoviç 2019-cu ildən “Neftçi”də çıxış edir. 35 yaşlı müdafiəçi ölkəmizdə daha əvvəl “Qəbələ” və “İnter”in (indiki “Şamaxı”) də formasını geyinib.

Aut.az

Exit mobile version