AUT.AZ

İdman direktorunu baş məşqçi təyin etdilər

“Xetafe”nin idman direktoru Ruben Reyes komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Digər təfərrüatlar haqda məlumat verilmir.

Qeyd edək ki, “Xetafe”nin baş məşqçisi Kike Flores İspaniya çempionatının 31-ci turunda “Almeriya”ya məğlubiyyətdən sonra (1:2) istefaya göndərilmişdi. Komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

44 yaşlı Reyes keçən yay “Xetafe”nin idman direktoru olub. Onun məşqçi kimi təcrübəsi var – 2016/17 mövsümündə “Alkobendas”ı çalışdırıb.

Aut.az

Exit mobile version