AUT.AZ

Hemilton Bakı treki haqda nə dedi?

“Mercedes” komandasının pilotu Luis Hemilton “Formula 1” üzrə Azərbaycan Qran-prisindən danışıb.

Aut.az xəbər verir ki, ingilis sürücü Bakıdakı yarışı yeni yolun başlanğıcı adlandırıb:

“Bakıda bizi maraqlı həftəsonu gözləyir. Biz çox iş görürük. Azərbaycan Qran-prisi bizim üçün yeni yolun başlanğıcı olacaq. Düşünürəm ki, hamı üçün çətin olacaq. Ancaq Bakı treki çox yaxşıdır. Çünki burada ötmə mümkündür. Əla yarış olacaq”.

Qeyd edək ki, bu gün “Formula 1″də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Aprelin 29-da sprint yürüşü baş tutacaq. Əsas yarış isə aprelin 30-da keçiriləcək.

Exit mobile version