AUT.AZ

Həsənin yerinə əsas namizəd odur

“Bavariya”nın sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger klubun yeni idman direktoru olmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “Abendzeitung” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bavariya” rəhbərliyi hazırkı idman direktoru Həsən Salihamiciçin işindən narazıdır. Onun gələcək taleyi ilə bağlı məsələ Oliver Kanın direktorlar şurasının sədri vəzifəsindən azad edilməsi ilə eyni vaxtda həll oluna bilər.

38 yaşlı Şvaynştayqer idman direktoru vəzifəsinə əsas namizədlərdən biridir, çünki onun əsas rəqibləri bir müddət əvvəl “Leypsiq”ə keçən Maks Eberl kimi digər komandalarda iş tapıblar.

Aut.az

Exit mobile version