AUT.AZ

Hər klubun belə azarkeşə ehtiyacı var – FOTOLAR

Sarita Sklate Argentinanın tanınmış qadın idman jurnalistlərindən biridir. O, “TNT Sports”un əməkdaşıdır.

Sarita 1997-ci ildə anadan olub. O, adətən Argentina çempionatının oyunlarından əvvəl hazırlanan buraxılışlarda aparıcılıq edir. Həmişə stadionlarda olur.

Sarita uşaq yaşlarından “River Pleyt”in azarkeşidir. Elə bu kanalın oyunlarının yayımına da cavabdehdir. Buna görə də müntəzəm olaraq “Estadio Monumental” stadionuna gedir. Buenos-0Ayres təmsilçisinin hər bir azarkeşi onu yaxşı tanıyır.

26 yaşlı gözəl sosial şəbəkə hesablarında bu komadanın futbolçuları və məşqçiləri ilə birlikdə şəkilləri var.

Sarita Qətərdəki Dünya Çempionatına yollanmayıb. Buna görə də Argentina millisinin qələbə sevincini matçların kütləvi şəkildə izləndiyi yerlərdə azarkeşləri ilə bölüşüb.

O, 18 dekabr 2022-ci il tarixini heç vaxt unutmayacağını deyir. Çünki Argentina millisi həmin gün çempion olub.

Exit mobile version