AUT.AZ

Hələ metrodan xeyli insan çıxmalıdır ki.. – Messini qaytarmaq üçün şərt

La Liqanın rəhbəri Xavyer Tebas PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”ya mümkün qayıdışından danışıb.

Aut.az xəbər verir ki, Tebas bun üçün “Barsa”nın hansı addımları atmalı olduğu haqda da məlumat verib:

“İnanıram ki, asan olmayacaq. Amma hələ vaxt var, oyunçu axını, maaşların azalması olmalıdır. Bunlar olmalıdır ki, Messini qeydiyyatdan keçirə biləsiniz. Bir də bilmədiyimiz başqa bir fakt var, o da Messinin maaşıdır.

Dəyişilməsi tələb olunan başqa məqamlar da var. “Barselona” nefti və yüksək məvacib verməyə pulu olan PSJ deyil. “Barselona” oyunçu transfer etmək üçün maaş büdcəsini azaltmalıdır. Bu, metronun iş rejimi kimidir, bəziləri çıxır ki, digərləri içəri girsin. Hələ metrodan xeyli insan çıxmalıdır ki…” – deyə “Marca” Tebasın sözlərindən sitat gətirir.

Aut.az

Exit mobile version