AUT.AZ

Dünən qovmuşdular, indi də qaytarırlar

“Bavariya”dan qovulan qapıçılar üzrə məşqçi Toni Tapaloviç yenidən kluba qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə “Bavariya&Germany” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tapaloviçin “Bavariya”nın baş məşqçisi Tomas Tuxellə yaxşı münasibəti var. Mütəxəssis qayıdacaqsa, o zaman Münhen klubunda qapıçılarla bağlı iki məşqçisi ola bilər. Çünki Mixael Reçnerlə ayrılmaq nəzərdə tutulmur.

Xatırladaq ki, 12 il “Bavariya”da çalışmış Tapaloviç Yulian Naqelsmann komandanın baş məşqçisi olduğu zaman qovulmuşdu. Onun yerinə Reçner işə götürüldü. Tapaloviçin qovulması Manuel Noyerin kəskin narazılığına səbəb olmuşdu.

Aut.az

Exit mobile version