AUT.AZ

Bu ölkələrdə keçiriləcək Dünya Kubokları ləğv edildi

Bu il İran və ABŞ-də keçirilməsi planlaşdırılan güləş üzrə Dünya Kubokları ləğv edilib.

Aut.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi məlumat yayıb. Qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər diqqətlə nəzərdən keçirildikdən sonra qəbul olunub.

Qərara təsir edən amillərdən biri də yerli təşkilat komitələrindən lazımi qədər dəstəyin olmamasıdır.

Qeyd edək ki, İrandakı yunan-Roma güləşi üzrə Dünya Kuboku 24-25 noyabrda, ABŞ-dakı sərbəst və qadın güləşi üzrə yarış isə 9-10 dekabrda keçirilməli idi.

Exit mobile version