AUT.AZ

Bekhem dünya liderlərinə müraciət etdi – VİDEO

Devid Bekhem malyariya ilə mübarizəni dəstəklədiyini bildirib və dünya liderlərinə müraciət edib.

Aut.az xəbər verir ki, Ümumdünya Malyariya Günündə “Mançester Yunayted”, “Real” və İngiltərə yığmasının keçmiş futbolçusu bir daha siyasətçiləri xəstəliyin yayılması probleminə diqqət yetirməyə çağırıb.

“Bu xəstəliyi müalicə etməyin bir yolu var. Dünya liderlərinin fərq yaratmaq gücü və məsuliyyəti”, – Bekhem bildirib.

Bekhem bir neçə il əvvəl də kampaniyanı dəstəkləmişdi. Həmin videoda Bekhem qocalmış kimi göstərilmişdi. Bununla da mesaj vermişdi ki, bu xəstəlik xeyli insanı öldürə və onların qocalmaq şansını əlindən ala bilər.

Aut.az

 

Exit mobile version