AUT.AZ

“Bavariya”nı yenidən quracaq, “Çelsi” dağılsa

“Çelsi”nin yarımmüdafiəçiləri Mateo Kovaçiç və Meyson Maunt “Bavariya”ya keçə bilər.

Aut.az xəbər verir ki, Münhen nəhənginin baş məşqçisi Tomas Tuxel futbolçularla şəxsən maraqlanır. Bu barədə jurnalist  Nizaar Kinsella məlumat verib.

Daha əvvəl bildirilmişdi ki, bu yay “Çelsi” xeyli oyunçunu satmaq niyyətindədir. Satılacaq futbolçuların siyahısında Kovaçiç və Maunt da var.

Kovaçiç bu mövsüm “Çelsi”nin heyətində 34 oyuna çıxıb və 2 qol vurub. Mount 35 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version