AUT.AZ

Azərbaycan yığmasının sabiq üzvlərinin oyun alveri: Yeni detallar

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedovun Rusiyada futboldan ömürlük kənarlaşdırıldıqları barədə məlumat vermişdik. Onlar danışılmış oyunların təşkilində ittiham olunublar.

Aut.az xəbər verir ki, məsələ ilə bağlı yeni detallar açıqlanıb. “Mutko protiv” telegram kanalının məlumatına görə, 2022-ci ilin oktyabrında “Yesentuki”nin 20 yaşlı futbolçusu Cosi Dzaurov “SKA-Xabarovsk-2″nin hücumçusu Ruslan Pidlisnyaka zəng edərək pul qazanmağı təklif edib. Hücumçudan “Salyut”la oyunda lazımi sayda qol təşkil etməsi istənilib. Pidlisnyak da komanda yoldaşlarından birini işə qoşub.

Oyundan bir gün əvvəl Pidlisnyak Belqoroddakı oteldə gizli görüş təşkil edib. Bir tərəfdə “Yesentuki”nin rəhbəri Qvanzav Maqomedov və komandanın oyunçuları Ziyadxan Məmmədov və Cosi Dzaurov, digər tərəfdə isə “SKA-Xabarovsk-2”-nin bir neçə futbolçusu olub.

Maqomedov oyunçulara nəticəni müəyyən etmək üçün bir neçə variant təklif edib. Futbolçulardan matçda lazımi sayda qol təşkil etmək də istənilib, Denis Derkunski razılaşıb.

Xabarovsk komandasında bir futbolçunun oyun satması hər kəsin diqqətini çəkib. Oyundan sonra komanda yoldaşları Denisin telefonunda müştərilərlə yazışmalar tapıblar. Ondan sonra Derkunski bir daha “SKA-Xabarovsk-2”-nin heyətində görünməyib.

Aut.az

 

Exit mobile version