AUT.AZ

Avroliqada kütləvi dava: Raul araya girdi – FOTO

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Raul Qonsales qalmaqalın iştirakçısı olub.

Aut.az xəbər verir ki, Raul aprelin 27-də basketbol üzrə  Avroliqanın pley-offunda keçirilən  “Real” – “Partizan”  matçında arenada olub.

Oyun 95:80 hesabı ilə “Partizan”ın qələbəsi ilə başa çatıb. Dördüncü hissənin sonunda hər iki komandanın oyunçuları kütləvi dava salıb.

Ön sırada oturan Raul davaya müdaxilə edərək aranı sakitləşdirməyə çalışıb. O, oturduğu yerdən qalxaraq  basketbolçulara müraciət edib.

Qeyd edək ki, insidentə görə, Avroliqa klubları 50 min avro cərimələyib. Bundan başqa, Qerşon Yabsuele, Qabriel Dek, Kevin Panter və Matias Lessor diskvalifikasiya edilib.

İki oyundan sonra seriyada hesab 2-0 “Partizan”ın xeyrinədir.

Aut.az

 

Exit mobile version