AUT.AZ

Arzuları gerçəkləşir, dünyanın ən yaxşı stadionu olacaq

“Barselona”nın prezidenti Joan Laporta “Espai Barça” layihəsi haqda danışıb.

Aut.az xəbər verir ki, kataloniyalıların rəhbərliyi “Kamp Nou”da təmir işlərinin aparılması, yeni infrastruktur obyektlərinin tikintisi və stadiona bitişik ərazinin modernləşdirilməsi üçün 1,45 milyard avro məbləğində müqavilə imzalayıb.

“Bu, klubun tarixində ən mühüm institusional layihədir. Onun sayəsində “Barselona”nın arzusu gerçəkləşir, çünki bizdə dünyanın ən yaxşı stadionu olacaq.

Layihə, həm də Barselonaya olan inamın sübutudur. Bu o deməkdir ki, təşkilatımız heç vaxt olmadığı kimi yaşayır və milli və beynəlxalq bazarlar bizə tam etibar edir. “Barsa” gücləndi”, deyə klubun mətbuat xidməti Laportadan sitat gətirib.

Aut.az

Exit mobile version