AUT.AZ

“Araz Naxçıvan”ın Premyer Liqada büdcəsi bu qədər olacaq – Sanballı rəqəm

Birinci Diviziondan Premyer Liqaya vəsiqəni təmin edən “Araz Naxçıvan”ın yeni mövsüm üçün büdcəsi müəyyənləşib.

Aut.az-ın əldə etdiyi məlumata görə, AFFA kluba yüksək liqada oynamaq üçün lisenziya verərsə, büdcə cəmi 5 milyon manat olacaq. Bu məbləğin böyük hissəsini – 3 milyon manatının dövlətin ayırdığı vəsait təşkil edəcək. Bu o deməkdir ki, rəhbərliyin kluba ayırdığı maliyyə, sadəcə 2 milyon manat olacaq.

Bu məbləğ əsas, əvəzedici və aşağı yaş qrupları üzrə komandalara xərclənəcək. Lisenziya tələbləri ilə bağlı Naxçıvan şəhər stadionundakı görülən işləri şəhər rəhbərliyi maliyyələşdirəcək.

Bu məbləğin artma ehtimalı çox azdır. Bunu nəzərə alan klub rəhbərliyi legioner transferinə həssaslıqla yanaşmaq niyyətindədir. Divizionda çıxış edən futbolçuların ən azı yarısının komandada qalacağı bildirilir. Aşağı dəstədə uğurlu çıxış edən əsas oyunçulara Premyer Liqada da şans veriləcək.

Aut.az

Exit mobile version