AUT.AZ

Türkiyə çempionu braziliyalı ilə yollarını ayırdı

Türkiyənin “Trabzonspor” klubunda ayrılıq gerçəkləşib.

Aut.az xəbər verir ki, son ölkə çempionu müdafiəçi Bruno Pereslə yollarını ayırıb. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçunun 2024-cü ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Bordo-mavilər” 33 yaşlı arxa xətt oyunçusuna təzminat ödəyəcək.

Qeyd edək ki, “Trabzonspor” Bruno Peresi 2021-ci ilin yayında “Roma”dan transfer etmişdi. Təcrübəli sağ cinah müdafiəçisi cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Exit mobile version