AUT.AZ

Sehrli çubuq arzulayır, amma…

“Çelsi”nin müvəqqəti baş məşqçisi Frenk Lempard Premyer Liqanın 33-cü turunda “Brentford”a 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Aut.z xəbər verir ki, bu məğlubiyyət Lempardın təyinatından sonra London komandası üçün ardıcıl 5-ci məğlubiyyət olub.

“Azarkeşlər fitə basırlar? Mənim heç bir problemim yoxdur, onları tamamilə başa düşürəm. Onları çox yaxşı tanıyıram, öz komandalarını daim dəstəkləyirlər və uğursuzluq olanda da əsəbiləşirlər.

Çünki onlar uğura öyrəşiblər və bizim hamımız kimi daim buna can atırlar. Mən onları tam başa düşürəm və biz futbolçular və heyət bunu qəbul etməliyik, çünki azarkeşlər nəticə istəyirlər.

Biz taledən şikayətlənmirik, amma hər şey bizim əleyhimizə gedir. Kaş ki, sehrli çubuğumuz olsun. Amma bu, futbolda olmur, bura, hər şeyin tez baş verdiyi Premyer Liqadır, çox rəqabətli mühitdir”, – BBC Sport Lemparddan sitat gətirib.

Aut.az

Exit mobile version