AUT.AZ

Rəqib azarkeşləri belə ələ saldı – FOTO

“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraes İngiltərə Premyer Liqasının 33-cü turunda keçirilən “Arsenal”la oyunun sonunda rəqib azarkeşləri ələ salıb.

“Etihad” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az xəbər verir ki, 90+5-ci dəqiqədə “Siti”nin norveçli hücumçusu Erlinq Haaland “Arsenal”ın qapısından 4-cü topu keçirib. Bundan sonra Ederson qapı arxasındakı tribunada olan “topçular”ın azarkeşlərinə üz tutub və ağlayan uşaq jestini göstərib.

“Siti” 31 oyundan sonra 73 xalla Premyer Liqanın turnir cədvəlində ikinci, 75 xalı olan “Arsenal” isə  birinci yerdədir, amma “şəhərlilər”in ehtiyatda 2 oyunu var. “Siti” səfərdə “Fulhem”lə (30 aprel), evdə “Çelsi” ilə (2 may) oynayacaq.

Aut.az

Exit mobile version