AUT.AZ

“Qəbələ”nin sabiq baş məşqçisinin iddiası: Haalandı…

“Qəbələ”nin sabiq baş məşqçisi, “Arsenal”ın əfsanəsi Toni Adams “Mançester Siti”nin hücumçusu Erlinq Haaland barədə danışıb.

Aut.az xəbər verir ki, Adams “topçular”la matçda dubl edən norveçli forvardla mübarizə aparmaq istədiyini söyləyib:

“Mən məmuniyyətlə ona qarşı oynayardım. Ona qarşı çıxış etmək mənim üçün bir stəkan çay içmək kimi bir şey olardı. Bu, mənim üçün çox asan bir şey olardı. Əvvəl Şirerə qarşı oynamaqdan həzz aldığım kimi indi də Haallandla mübarizədən zövq alardım. Belə hücumçu ilə mübarizə aparanda onu topla oynamağa məcbur etməlisən ki, yorulsun. Dünyada ən yaxşı müdafiə rəqibi qabaqlamaqdır. Top ona gəlməmişdən qabaq birinci özüm yetişməyə çalışardım”.

Qeyd edək ki, Toni Adams 2010/11-ci illər mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Exit mobile version