AUT.AZ

Prezidentlə görüşdü, ərəblərin təklifindən imtina etdi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç bu həftə Madrid klubunun prezidenti Florentino Pereslə görüşüb.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı xorvatiyalı Səudiyyə Ərəbistanından sərfəli təklif almasına baxmayaraq, Madriddə qalmağa hazırlaşır.

Qeyd edək ki, ərəblər Modriçə 2 illik müqaviləyə görə 50 milyon avro təklif etmişdilər.

Qeyd olunur ki, Modriç Peresə “Real”da qalmaq istədiyi haqda məlumat verib. Peres də öz növbəsində müqavilənin daha bir mövsüm uzadılmasını təklif etməyə hazır olduğunu bildirib.

Modriç bu mövsüm “Real”ın heyətində 44 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version