AUT.AZ

Prezidentə qarşı etiraz olacaq – Kubokun finalında

Fransız azarkeşlər aprelin 29-da “Nant” və “Tuluza” arasında keçiriləcək ölkə kubokunun finalında Fransa prezidenti Emmanuel Makrona qarşı etiraz aksiyası keçirə bilərlər.

Aut.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, Parisin “Stad de Frans” stadionunda keçiriləcək oyundan əvvəl azarkeşlərə qırmızı vərəqə və fit paylamasını planlaşdırıb. İctimai nəqliyyatın çıxışlarında atributların paylanacağı gözlənilir.

“Bu aksiya pensiya islahatlarına münasibətimizi göstərmək üçün nəzərdə tutulub. Qırmızı vərəqələrə qadağa qoymaq gülünc olardı”, – deyə təşkilatın sözçüsü Kamel Brahmi bildirib.

Həmçinin, stadionda elektrik enerjisinin kəsilməsi ilə bağlı aksiya istisna edilmir ki, bu da Makronun son ictimai çıxışlarında artıq baş verib. Bu ehtimalı nəzərə alaraq, “Stade de Frans”da əlavə dörd generator quraşdırılacaq.

Oyunun 49-cu dəqiqəsi və 3-cü saniyəsində Fransa Konstitusiyasının 49.3-cü maddəsi əhali arasında narazılığa səbəb olduğundan, başqa hərəkət də ola bilər. Mart ayında Fransa yığmasının Hollandiya ilə oyununda (4:0) azarkeşlər həmin dəqiqədə etiraz aksiyasına əl atıblar.

Fransa prezidenti ənənəvi olaraq ölkə kubokunun final oyunlarında iştirak edir, lakin bu il Makronun oyuna gəlib-gəlməyəcəyi barədə heç nə məlum deyil.

Aut.az

Exit mobile version