AUT.AZ

Onun ləqəbi lüğətə salındı – Nümunə göstəriləcək

Pelenin adı portuqal dili lüğətinə daxil edilib.

Aut.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Bildirilir ki, əfsanəvi braziliyalı futbolçunun adı Braziliyada portuqal dilinin “Michaelis” lüğətinə daxil edilib. Lüğətə yeni sözün əlavə edilməsi çərşənbə günü Pakaembu sammitində rəsmi olaraq təqdim edilib.

“Pele qeyri-adi birisidir, keyfiyyətlərinə, dəyərinə və  üstünlüyünə görə Pele heç kimlə və ya heç nə ilə müqayisə oluna bilməz.

Bütün zamanların ən böyük idmançısı hesab edilən Edson Arantis do Nascimento (1940–2022) üçün ləqəb; müstəsna, misilsiz, bənzərsiz.

Bundan sonra belə nümunələr olacaq: “O, basketbolun Pelesidir, tennisin Pelesidir, Braziliya dramaturgiyasının Pelesidir, tibbin Pelesidir”, – açıqlamada deyilir.

Aprelin əvvəlində Pele Fondu üçqat dünya çempionunun xatirəsini yad etmək üçün kampaniya başlatdı. Pele adının izahlı lüğətə salınması təklifi 100 mindən çox imza toplayıb.

Aut.az

Exit mobile version