AUT.AZ

O da “Neftçi”dən ayrılır – Narazıdır

Mövsümün sonunda “Neftçi”ni tərk edəcək futbolçuların siyahısına daha biri əlavə olunub.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın qolkiperi Aqil Məmmədov komandadan ayrılmaq qərarına gəlib. 33 yaşlı qapıçının özü bu qənaətə gəlib.

Səbəb isə ona demək olar ki, şans verilməməsidir. Bu mövsüm cəmi 8 oyunda meydana çıxan Məmmədov durumundan narazıdır. Ona görə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Aqil “Neftçi”də ikinci dönəmdir çıxış edir. 2019-cu ildə “Qəbələ”dən “ağ-qaralar”a transfer olunub. İlk dəfə isə 2015-ci ilin yanvarından 2016-cı ilin iyununadək paytaxt klubunda çıxış edib.

Aut.az

Exit mobile version