AUT.AZ

MY-nin ulduzunu gözaltı edib

“Bavariya”nın yeni baş məşqçisi Tomas Tuxel artıq yay transfer pəncərəsinə hazırlaşır.

Aut.az xəbər verir ki, Almaniya mətbuatının yazdığına görə, Tuxel “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironun oyununu bəyənir və onu yay transfer pəncərəsi zamanı heyətə qatmaq istəyir.

Kazemiro keçən yay “Real”dan “Mançester Yunayted”ə keçib. 31 yaşlı braziliyalı yarımmüdafiəçi bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 44 oyuna 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

Kazemironun transfer qiyməti 50 milyon avro qiymətləndirilir. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version