AUT.AZ

Məğlubiyyəti həzm edə bilmədi: Murdarsınız, onsuz da…

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “İnter”in rəhbər şəxslərinin ünvanına sərt ifadələr işlədib.

“Yuventus” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda Milan komandasına uduzub (0:1, ilk oyun – 1:1).

“La Gazzetta dello Sport”un məlumatına görə, final fitindən sonra “byankoneri”nin baş məşqçisi “İnter”in baş direktoru Beppe Marotta və Milan klubunun meneceri Dario Baççinə “siz murdarsınız, onsuz da çempionatda 6-cı yerdə olacaqsınız” deyib.

Paltardəyişmə otağına gələn Alleqri əvvəlcə komandasının futbolçularını zəif oyuna görə kəskin tənqid edib, daha sonra deyib: “Çempionatı onlardan yuxarı bitirməliyik, onları Çempionlar Liqasına buraxmamalıyıq”.

Alleqrinin təhqiramiz ifadələrinin federasiya nümayəndələrinin hesabatına daxil edilib-edilmədiyi məlum deyil.

Aut.az

Exit mobile version