AUT.AZ

Mərakeşlinin Neapolda 800 minlik əməliyyatı  

Neapol polisi  “Napoli”nin saxta atributlarının bir partiyasını ələ keçirib.

Aut.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 200 kvadratmetrlik anbarda 18 mindən çox saxta “Napoli” atributu aşkar edilib. Saxta məhsullarda “Emporio Armani EA7” loqosunun da olduğu qeyd edilir.

Əgər müsadirə olunan mallar bazara çıxarılsaydı, onların satışından əldə edilən gəlir, ilkin hesablamalara görə, 800 min avrodan çox ola bilərdi.

Bildirilir ki, saxta məhsullar Neapolun ən çox ziyarət edilən turizm bölgələrində satılıb.

Saxta tədarük zəncirində müttəhimlərdən biri Mərakeş vətəndaşı olub. Həmin şəxsə malların saxtalaşdırılması və qanunsuz satışı ilə bağlı ittiham irəli sürülüb.

Aut.az

Exit mobile version