AUT.AZ

Kadi səhhəti haqda danışıdı- Nə vaxt qayıdır?

“Krasnodar”ın futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

Aut.az xəbər verir ki, Sabiq “Qarabağ”lı “Sport24.ru”-ya açıqlamasında mövsümü başa vurduğunu bildirib. O, bərpa müddətində qoruyucu maskadan istifadə edəcəyini də söyləyib.

“Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Çox güman ki, növbəti mövsümün hazırlığı zamanı komanda ilə birgə olacağam”.

Kadi Rusiya çempionatının son turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması nəticəsində beyin silkələnməsi keçirib. Eyni zamanda kəllə sümüyündə çoxsaylı sınıqlar aşkarlanıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi qış transfer pəncərəsində “Krasnodar”a “Qarabağ”dan transfer olunub.

Exit mobile version