AUT.AZ

Dünən ittiham edirdilər, indi eşqnamə oxuyurlar – FOTO

“Qalatasaray”ın PSJ-dən icarəyə götürdüyü Mauro İkardinin işləri qaydasındadır. Türkiyə çempionatının 29-cu turunda “Kayserispor”la oyunda (6:0) argentinalı ilk hissədə het-trik etdi.

İndi İkardinin Türkiyə çempionatının 16 matçında “qol+ötürmə” sistemində 19 (12+7) xalı var.

Onun şəxsi həyatında da hər şey qaydasındadır. Hücumçu yenidən Vanda Naraya qovuşub. Artıq cütlük “instaqram” hesablarında bir-birlərinə eşq mesajları yazırlar.

“Səni bəyənməyim mənim günahım deyil, sənin günahındır ki, mənim sevdiyim hər şeyə sahibsən” – İkardi yazıb.

Vandanın cavabı belə olub:  “Məni incitdin, amma başa düşməli idim ki, ağrı olmadan sevgi yoxdur, sevgisiz isə biz heçik. Amma bu, məni göz yaşı çaylarında təkcə üzməkdən xilas etməyəcək. Ola bilsin ki, sən mənim üçün deyildin, hətta xoşbəxt  olsam da”.

Exit mobile version